Əksəriyyət nikahdan öncə tibbi müayinəyə niyə PİS BAXIR? 

Əksəriyyət nikahdan öncə tibbi müayinəyə niyə PİS BAXIR? 

Hazırda oxunan: Əksəriyyət nikahdan öncə tibbi müayinəyə niyə PİS BAXIR? 

156480

“Nikahdan öncə icbari tibbi müayinə sağlam genefond, dayanıqlı, münaqişəsiz ailə üçün əhəmiyyətli bir tədbirdir”.

Bunu Bizim.Media-ya açıqlamasında Bakı Dövlət Univertsitetinin “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev bildirib. 

O qeyd edib ki, Azərbaycanda icbari tibbi müayinənin tətbiq tarixi çox da böyük deyil: 

“Ölkəmizdə bu, əsasən 2015-ci ildən tətbiq olunmağa başlayıb. Ancaq ötən dövr ərzində müayinə statistikasının təhlili deməyə əsas verir ki, bu tədbir çoxdan tətbiq olunmalıydı. Belə ki, tətbiq tarixinin ilk 5 ilində icbari tibbi müayinə nəticəsində məlum oldu ki, müayinəyə cəlb olunanların 600 minindən təqribən 20 mini xəstəlik daşıyıcısıdır. Bu xəstələr sağlam genefonu təhdid edən əsas problemlərdəndir. 

İcbari tibbi müayinə tətbiq edən ölkələrin təcrübəsi (Türkiyə, Fransa) göstərir ki, tətbiq nəticəsində qısa müddətdə hemofiliya və talasemiya xəstəliklərinin statistikasında kəskin enmə müşahidə olunub. Elə ölkəmizdə də icbari tibbi müayinənin tətbiqindən sonra sözügedən xəstəliklərin və digər irsi xəstəliklərin dinamikasında azalma müşahidə olunur. 

Belə ki, icbari tibbi müayinənin tətbiqi nəticəsində iris qan xəstəlikləri ilə doğulanların sayında 45% azalma müşahidə olunub. Odur ki, vətəndaşlarımız özləri könüllü şəkildə nikaha girməzdən qabaq sağlam ailə təməli, nəsl şəcərəsi naminə tibbi müayinədən keçilməlidir. Sonrakı peşmançılıq fayda vermir”.

Üzeyir Şəfiyev təəssüflə bildirib ki, hələ də bəzi insanlar məsuliyətsizlik edir, irsi qan xəstəlikləri olmasına baxmayaraq, nikahdan kənar ailə qurur, tibbi müayinədən yayınır:

“Nəticədə qeyri-sağlam övlad dünyaya gətirir və bunun da nəticəsini həm qurduğu ailə, həm də bütöv cəmiyyət çəkir. Nəzərə alsaq ki, ölkəmizdə nikahdan kənar doğulan uşaqların sayı 30 min ətrafındadır, o zaman bu risk həyəcan təbili çalmağa əsas verir. 

Bu gün gənclər arasında cinsi yolla keçən yoluxucu xəstəliklırin statistikası da deməyə əsas verir ki, nikahdan əvvəl icbari tibbi müayinəyə nəzarət artırılmalıdır. Nikahdan kənar ailələrin qurulmasının və nikahdan kənar doğulan uşaqların sağlamlığı üçün preventiv və profilaktik həll mexanizmləri fikirləşərək belə ailələri tibbi müayinəyə cəlb etmək lazımdır”. 

Kafedra müdiri bu istiqamətdə tibbi savadlılığı, marifləndirməni gücləndirmək üçün nikahdan öncə tibbi müayinədən yayınan gənclərin  sonradan qarşılaşdıqları müxtəlif uğursuzluq hekayələrini sosial çarxlar vasitəsilə KİV, sosial media vasitəsilə yayınlamağın faydasından da danışıb:

“Eyni zamanda, orta məktəblərin yuxarı siniflərində, ali məktəblərdə ailə fənləri tədris olunmalı, sağlam ailə, sağlam cəmiyyət resepti gənclərə aşılanmalıdır. Beləliklə də əgər biz sağlam gələcək və dayanıqlı ailə və cəmiyyət, sağlam genefond istəyiriksə, ailə qurarkən ilk növbədə sağlam təməl üçün tibbi müayinədən keçməliyik. 

Övladlarımızın sağlamlığına maneə törədən irsi qan xəstəlikləri və yolxucu xəstəlik daşıyıcısı olduğumuz halda ilk növbədə sağlamlıq haqqında düşünməliyik. Əks təqdirdə xoşbəxt olmaq mümkünsüzdür. Xoşbəxtlik isə bəşər övladının əbədi arzusudur. Ancaq sağlam təməl üzərində qurulan ailə xoşbəxt ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO