Tarixi zəfərin diplomatik DAVAMI – Yevlaxda NƏLƏRİ QAZANDIQ?

Tarixi zəfərin diplomatik DAVAMI – Yevlaxda NƏLƏRİ QAZANDIQ?

Hazırda oxunan: Tarixi zəfərin diplomatik DAVAMI – Yevlaxda NƏLƏRİ QAZANDIQ?

156455

Yevlaxda Qarabağdakı erməni icmasının nümayəndələriylə Azərbaycan tərəfinin görüşü hər mənada yaddaqalan, əlamətdar və uğurlu oldu. Və bu görüşdən dərhal sonra Xankəndi ilə təmaslar quruldu. 

Bəs, Yevlax görüşü Azərbaycana nələr qazandırdı?

Sentyabrın 21-də baş tutan dialoq Azərbaycanın hərbi, diplomatik və siyasi qələbəsinin təntənəsi idi.

Əvvəla ona görə ki, bir günlük lokal antiterror tədbirlərindən sonra Ermənistanın Qarabağdakı hərbi birləşmələri darmadağın edildi. Bildiyimiz kimi 10 noyabr üçtərəfli bəyanatında əsas tələblərdən biri o idi ki, Ermənistan ən qısa zamanda Qarabağdakı ordu bölmələrini geri çəksin. Və Rusiya sülhməramlıları bu prosesin ən qısa zamanda baş tutması üçün öz dəstəyini göstərməliydi. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ erməniləri artıq rahat nəfəs alırlar” – Elman Nəsirov 


Lakin, həm Ermənistan, həm də Rusiya müxtəlif bəhanələrlə bu öhdəliyin icrasını ləngidirdi. Ona görə də Azərbaycan öz konstitusion hüquqlarından istifadə edərək Ermənistanın hərbi birləşmələrini darmadağın etdi. Bununla da həm Rusiyaya, həm də Ermənistana sübut etdi ki, Azərbaycan öz ərazilərini və suveren hüquqlarını qorumağa qadirdir. 

Yevlaxda puç olan ümidlər

Ötən gün bütün Beynəlxlaq təzyiqlərə və təxribatlara rəğmən Azərbaycan Qarabağdakı etnik ermənilərlə üçüncü tərəfin iştirakı olmadan təmas qurdu. Son 30 ildə Beynəlxalq güclər imkan vermirdi ki, Azərbaycan etnik ermənilərlə birbaşa dialoqa girsin. Hər vasitə ilə təmasların onların iştirakı və şərtləri ilə olmasını istəyirdilər. 

Təbii ki, xarici qüvvələr bununla da Azərbaycana təzyiq imkanlarını əllərində saxlamağa çalışırdı. Lakin, Azərbaycan bütün təzyiq və korporativ təklifləri rədd edərək etnik ermənilərlə birbaşa və vasitəçisiz görüşdü.

Təsadüfi deyil ki, ötən günkü görüşdə Rusiya sülhməramlılarının nümayəndəsi Yevlaxda qapı arxasında saxlanıldı. Bu Azərbaycanın çox böyük diplomatik hünəri idi.

21 sentyabrda əldə edilən uğurlardan biri də Azərbaycanın öz ərazisinə və bu ərazidə yaşayanlara sahiblənmək imkanlarının bir daha sübutu idi. Danışıqlardan 24 saat keçməmiş Azərbaycan ilk yardım karvanını Xankəndinə yola saldı. Və bunu heç bir şərt olmadan və siyasi şou üçün eləmədi. Bununla Azərbaycan Qərbə və Rusiyaya göstərdi ki, Azərbaycanın Qarabağdakı sadə ermənilərlə heç bir problemi yoxdur. 

Ən əsası dara düşmüş insanlara yardım əlinin uzatmaq Azərbaycan dövlətinin və Azərbaycan xalqının ən ülvi və ali məqsədlərindən biridir. Bununla da Qərbin son 22 ayda Laçın dəhlizi ətrafında qurduğu “humanitar dəhliz” şousu uğursuzluqla sonlandı.

Nəticədə, Azərbaycan həm diplomatik, həm humanitar, həm də siyasi sahədə bəzi ölkələrin dövlətimizə qarşı apardığı mübarizədə alnıaçıq və qalib çıxdı. 

Bəs, Azərbaycanın bu nailiyyətlərini Qərb və Rusiya sona qədər qəbullana biləcəkmi?

Bunu artıq zaman göstərəcək. Lakin, fakt faktlığında qalır ki, Azərbaycan heç bir təzyiqə, separat təklifə boyun əymir və əyməyəcək. Çünki, Azərbaycanla təzyiq dilində danışmağın dövrü çoxdan keçib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO