Qarabağdakı ermənilərə göndərilən məhsulların SİYAHISI – FOTO  

Qarabağdakı ermənilərə göndərilən məhsulların SİYAHISI – FOTO  

Hazırda oxunan: Qarabağdakı ermənilərə göndərilən məhsulların SİYAHISI – FOTO  

156454

Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün göndərdiyi humanitar yardıma daxil olan məhsullar və onların çeşidi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım GÖNDƏRDİ – FOTO/VİDEO 


Qutularda mövcud olan məhsullar: 

- Un 

- Çörək 

- Peçenye 

- Makaron 

- Yağ 

- Duz 

- Düyü 

- Mərcimək 

- Diş məcunu 

- Diş fırçası 

- Sabun 

- Konfet 

Qeyd edək ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. 

Bundan öncə, 29 avqust tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan erməni əhaliyə 40 ton yük göndərilsə də separatçılar yükün Xankəndiyə keçidinə imkan verməyib.
Rusiya Qızıl Xaç Komitəsinin göndərdiyi yük isə bir neçə gün Azərbaycan ərazisində gözlədikdən sonra sentyabrın 12-də Xankəndiyə keçib. Bu gün isə ermənilər özləri Azərbaycandan yardım istəyir. Azərbaycanın lokal antiterror tədbirlərindən sonra bütün bu maneələr aradan qaldırılıb, separatçılar tərkisilah edildikdən sonra nəinki humanitar təşkilatların, hətta Azərbaycan şirkətlərinin yük avtomobilləri ermənilərin öz istəyi ilə mülki əhaliyə humanitar yardım aparır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO