“Doğulduğum Xankəndiyə gedib, torpağı gözümün üstünə qoyacağım günü gözləyirəm” – VİDEO 

“Doğulduğum Xankəndiyə gedib, torpağı gözümün üstünə qoyacağım günü gözləyirəm” – VİDEO 

Hazırda oxunan: “Doğulduğum Xankəndiyə gedib, torpağı gözümün üstünə qoyacağım günü gözləyirəm” – VİDEO 

156453

“O gün bütün gecəni sabaha qədər nə televizorun, nə də ki, internetin qarşısından ayrıla bilirdim, çünki bu həyatı vacib an idi. Bu, nəticədir. Bu, 44 günlük, müzəffər günümüzün nəticəsidir. Ən vacibi də odur ki, Xankəndi şəhərində dünyaya gəlmişəm, gözümü açmışam. Bu mənim, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük sevindirici andır. Bu qədər sevinmək isə yəqin ki, hər bir insanın taleyinə düşmür. Amma Allaha çox şükür... Mən xoşbəxt sözünün hətta aciz olduğunu görürəm. Bu ifadəmə görə isə üzr istəyirəm, çünki sevincimin həddi-hüdudu yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Sabahın xeyir, Azərbaycan!” verilişinə müsahibəsində deyib. 

Sənətkar Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olunmalarına belə münasibət bildirib: 

“Çox xoşbəxtəm. Xoşbəxtəm ki, 68 yaşımda baş verənlərin və halların şahidiyəm. Xoşbəxtəm ki, dünya miqyasında tanınan çox hörmətli, müzəffər Ali Baş Komandanımız var. Xoşbəxtəm ki, belə güclü ordumuz və arxamızda böyük bir Türkiyə var. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda çıxışı zamanı əlini qaldıraraq “Qarabağ Azərbaycan torpağıdır” ifadəsini demişdi. Və beləcə bütün dünyaya car çəkib deməsi zamanı evdə ayağa qalxmış vəziyyətdə idim... Əlbətdə ki, çox gözəl gündür. Amma bu qara xislətli...

Onlara bilmirəm heç necə müraciət edim, bu qara xislətlilər... Cənab Ali Baş Komandanımız və ordumuz nəhayət onlara, o qara xislətlilərə ağ bayrağı qaldırtdılar. Ümidvaram ki, o qara xislətli insanlar da, əgər insandırlarsa, nəhayət o qara düşüncələrini ağa çevirərlər. Çevirməsələr də çevirtdirərlər... Eybi yox. Onları anlatmaq sona qədər də anladılacaq, buna mən və bütün Azərbaycan əmindir. Çünki bizim dövlətimizin başında Cənab Prezident və onun siyasəti dayanıb”. 
Xankəndidə anadan olan F.Manafov doğma torpağına gedəcəyi günün çox yaxından olduğunu vurğulayaraq, fikirlərinə belə davam edib: 

“Şuşada və Füzulidə oldum. İnşallah, o günü gözləyirəm ki, nəhayət doğulduğum o Xankəndiyə də gəlib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı (kövrəlir) öpüb, gözümə qoyacağam”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO