MMC-lərin elektron qeydiyyatı ilə bağlı YENİLİK

MMC-lərin elektron qeydiyyatı ilə bağlı YENİLİK

Hazırda oxunan: MMC-lərin elektron qeydiyyatı ilə bağlı YENİLİK

156292

Azərbaycanda MMC-lərin qeydiyyat məlumatlarında dəyişikliyin elektron qaydada həyata keçirilməsi ilə bağlı proqram təminatının hazırlanması, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması, riskli vergi ödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması kimi tədbirlər həyata keçirilir.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə bildirib.

Onun sözlərinə görə, MMC-lərin elektron qeydiyyatının daha təkmil formada həyata keçirilməsi (“üz tanıma” üsulları), xarici investisiyalı MMC-lərin e-qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin e-ərizəyə əlavə edilməsi tələbinin aradan qaldırılması, işçilərin əmək müqavilələri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə ötürülməsi və s. yeniliklərin tətbiqi nəzərdə tutulur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO