Separatçılar Yevlax görüşünə RAZILIQ VERDİLƏR

Separatçılar Yevlax görüşünə RAZILIQ VERDİLƏR

Hazırda oxunan: Separatçılar Yevlax görüşünə RAZILIQ VERDİLƏR

156127

Separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar. 

Bizim.Media “Caliber”ə istinadla xəbər verir ki, bu barədə erməniyönümlü KİV mənbələri məlumat yayıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

“20 kəndimiz terrorçulardan təmizlənib” – Ədalət Verdiyev  


Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-si saat 13:00-dan etibarən hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub. 

Bundan əlavə, Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi qulluqçularının Qarabağdan çıxarılması və qanunsuz silahlı birləşmələrin buraxılması və tam tərksilah edilməsi barədə razılıq əldə olunub. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar verdiyi bəyanatda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. 

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir.

Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - deyə Prezident Administrasiyasının açıqlamasında qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO