Gia Xuxaşvilidən antiterror tədbirlərinə DƏSTƏK:

Gia Xuxaşvilidən antiterror tədbirlərinə DƏSTƏK: "Uğurla başa çatacaq" – ÖZƏL  

Hazırda oxunan: Gia Xuxaşvilidən antiterror tədbirlərinə DƏSTƏK: "Uğurla başa çatacaq" – ÖZƏL  

156120

“Qərb uzunmüddətli siyasətini beynəlxalq hüquq əsasında qurur. Yəni, Qərb Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün, son nəticədə onun bərpası üçün hüququ haqlarını da tanıyır. Lakin, Qərbin qısamüddətli siyasəti regionda sabitliyin pozulması qorxusu ilə müəyyənləşir”.  

Bunu Qərbin Azərbaycanın Bizim.Media-ya şərh edən gürcü politoloq Gia Xuxaşvili deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“20 kəndimiz terrorçulardan təmizlənib” – Ədalət Verdiyev  


Onun fikrincə, antiterror tədbirləri müasir standartlara uyğun aparılır: 

“Buna şəxsən mənim heç bir şübhəm yoxdur. Və əminəm ki, antiterror tədbirləri qısa zamanda və uğurla başa çatacaq. O zaman Qərb də sakitləşəcək, münasibətlər də düzələcək. Bu əməliyyatda siyasi oyun oynayan və öz mənfəətini axtaran yalnız Rusiyadır”. 

Gürcü politoloq öz arzularını da dilə gətirib: 

“Mən bütün Azərbaycan xalqına antiterror tədbirlərinin tezliklə başa çatmasını və müqəddəs məqsədə - doğma yurda tamamilə qovuşmalarını arzulayıram. 

Azərbaycan Prezidenti  İlham Əliyevə gəlincə, onu deyə bilərəm ki, o, müasir dünyanın ən uzaqgörən siyasətçilərindən biridir.

O hər zaman milli və dövlət maraqlarından çıxış edir. Ən başlıcası İlham Əliyev zərgər dəqiqliyi ilə nəyin və nə zaman reallaşdırılacağını çox gözəl bilir. Mən əminəm ki, Azərbaycan xalqı onunla hələ çox böyük uğurlara imza atacaq”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO