Səidə toyunda küsülü olduğu Elza ilə BARIŞDI - VİDEO

Səidə toyunda küsülü olduğu Elza ilə BARIŞDI - VİDEO

Hazırda oxunan: Səidə toyunda küsülü olduğu Elza ilə BARIŞDI - VİDEO

156119

Xəbər verdiyimiz kimi, ötən axşam paytaxt restoranlarının birində müğənni Səidə Sultanın toyu baş tutub. 

Bizim.Media xəbər verir ki, bir çox məşhurların yer aldığı məclisə bir zamanlar Səidə ilə qalmaqal yaşadığı Əməkdar artist Elza Seyidcahan da gəlib. 

İkili bir masada əyləşərək küsülülüyə son qoyublar. Səidə Elzanın yanında rəqs edərək, onu qucaqlayıb. 

Həmin anlar isə lentə alınaraq sosial şəbəkədə paylaşılıb. 

Qeyd edək ki, maqazin verilişlərin birində Elzanın “Səidə gördü ki, mahnıları tutmur, keçdi çılpaqlığa” açıqlaması qalmaqala səbəb olmuşdu.

Səidə isə Seyidcahana cavab olaraq “İQ-sü 70 faizdir. Ondan 90 faiz gözləyirsiniz? Hamıda 90 faizdir, 70 faiz artıq əqli zəiflik, çatışmazlıqdır” açıqlamasını vermişdi. Bundan sonra tərəflər “qanlı düşmənə” çevrilmişdi. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO