Xocavənddə terror nəticəsində şəhid olan polis serjantı dəfn OLUNDU - FOTO/YENİLƏNİB

Xocavənddə terror nəticəsində şəhid olan polis serjantı dəfn OLUNDU - FOTO/YENİLƏNİB

Hazırda oxunan: Xocavənddə terror nəticəsində şəhid olan polis serjantı dəfn OLUNDU - FOTO/YENİLƏNİB

156085

Xocavənd rayonunda ermənilərin törətdiyi terror nəticəsində şəhid olan polis serjantı Seymur Mahmudov dəfn olunub. 

Bizim.Media xəbər verir ki, şəhid Binəqədi rayon qəbiristanlığında torpağa tapşırılıb. 
 
*** 09:40

Xocavənd rayonunda minaya düşərək şəhid olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilir. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbə sakini polis serjantı Mahmudov Seymur Elsəvər oğlu sentyabrın 19-da Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olub. 

S. Mahmudov Binəqədi rayon qəbiristanlığında dəfn olunacaq. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO