Xaçmazda daha bir körpü uçma təhlükəsilə ÜZ-ÜZƏDİR – FOTO 

Xaçmazda daha bir körpü uçma təhlükəsilə ÜZ-ÜZƏDİR – FOTO 

Hazırda oxunan: Xaçmazda daha bir körpü uçma təhlükəsilə ÜZ-ÜZƏDİR – FOTO 

155913

Xaçmazda daha bir körpü uçma təhlükəsi ilə üz-üzədir.

Bu barədə Xasdoladoba kənd sakinləri Bizim.Media-ya məlumat veriblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazdakı körpü uçqununa səbəb nə idi? – ARAŞDIRMA 


Onlar bildirirlər ki, körpü təxminən 10-15 il əvvəl inşa edilib. Yaxınlıqda çınqıl sexi fəaliyyət göstərdiyi üçün körpüdən tez-tez yük avtomobilləri keçir. Bu səbəbdən körpü qəzalı vəziyyətə düşüb.


Kənd sakini Teymurşah Abdrahmanov deyir ki, hər an körpüdə faciə baş verə bilər:

“Biz təhlükə ilə üz-üzəyik. Əlaqədar təşkilatlardan xahiş edirəm, bu körpüyə bir əncam çəksinlər”.  

Sözügedən əraziyə yollandığımız zaman körpünün üzərində çatlar olduğunu və divar hissəsinin əyildiyini müşahidə etmək mümkün idi. Ərazidə polis əməkdaşının körpüyə nəzarət etdiyi də diqqətimizdən yayınmadı.
Sakinlərin şikayəti ilə bağlı araşdırma apararkən öyrəndik ki, 10 -15 il əvvəl parlament seçkiləri ərəfəsində inşa edilən bu körpünü heç bir qurum balansına almayıb. 


Bundan əlavə, bir neçə gün əvvəl Xaçmaz şəhərində Qudyalçay körpüsünün uçduğu zaman hadisə yerinə gələn Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova bu barədə məlumat verilib və sədr rayon rəsmiləri ilə həmin körpüyə baxış keçirib. Qərara alınıb ki, həmin körpüdə yük maşınlarının hərəkəti tam dayandırılsın,  polis növbəliliyi təmin olunsun. 

Artıq Xaspoladoba kəndindən keçən Qudyalçay körpüsünü Xaçmaz polis şöbəsinin əməkdaşları mühafizə edir, yük avtomaşınlarının bu körpüdən keçidinə məhdudiyyət qoyulub. 

Xaçmaz rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirildi ki, Qudyalçay körpüsünün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına keçməsi üçün quruma rəsmi məlumat verilib.

Xaçmazdakı 7 saylı yol istismar idarəsinin rəisi Orduxan Həsənəliyev Xaspoladoba kəndindəki Qudyalçay körpüsünün onların balansında olmadığını bildirib.  




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO