Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı məlumat vermir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. Prezident administrasiyası çətin ki, sağlamlıq haqqında arayış versin. Ona görə də deyəcək heç nəyimiz yoxdur”, - Kreml nümayəndəsi izah edib.
Bundan əlavə, Peskov Çeçenistan rəhbəri ilə Rusiya prezidenti Vladimir Putin arasında heç bir görüşün olmadığını bildirib.
“Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov isə Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı öz versiyasını Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Çeçenistan rəhbərində "kəskin böyrək çatışmazlığı" var:
"Buna görə ona tez-tez hemodializ lazımdır. Görünür, Mərkəzi Klinik Xəstəxanada baş verənlər budur".
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:42 / 18.09.2023
Peskov və Venediktovdan Kadırovun səhhəti ilə bağlı FƏRQLİ AÇIQLAMA
Hazırda oxunan: Peskov və Venediktovdan Kadırovun səhhəti ilə bağlı FƏRQLİ AÇIQLAMA
Hazırda oxunan: Peskov və Venediktovdan Kadırovun səhhəti ilə bağlı FƏRQLİ AÇIQLAMA
155750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.