Türkiyədə helikopter qəzasında ölən 3 pilotun meyiti tapılıb - YENİLƏNİB

Türkiyədə helikopter qəzasında ölən 3 pilotun meyiti tapılıb - YENİLƏNİB

Hazırda oxunan: Türkiyədə helikopter qəzasında ölən 3 pilotun meyiti tapılıb - YENİLƏNİB

155742

İzmir vilayətinin Menderes rayonunda qəzaya uğrayan helikopterdə olan 2 Qırğızıstan və 1 Türkiyə vətəndaşının meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Göyərtəsində 4 pilotun olduğu helikopter Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb. Pilotlardan biri olan Erkin İsabekov sahilə üzə bilib, daha sonra onu xilasedicilər tapıblar.

*** 13:03

Türkiyənin İzmir vilayətində meşə yanğını ilə mübarizə apararkən qəzaya uğrayan helikopterin pilotlarından birinin meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Göyərtəsində dörd pilotun olduğu helikopter Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb. Digər pilotların axtarışı davam etdirilir.

Qırğızıstanın Türkiyədəki səfiri Ruslan Kazakbayev bildirib ki, pilotlardan üçü qırğızıstanlıdır. Onlar Türkiyəyə iki aylıq müqavilə ilə işləmək üçün gəlibmişlər.
O, əlavə edib ki, pilotlardan biri olan Erkin İsabekov sahilə üzə bilib, daha sonra onu xilasedicilər tapıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO