Rusiyanin baş prokuroru Aqşin Abdullayevə saat bağışladı - VİDEO

Rusiyanin baş prokuroru Aqşin Abdullayevə saat bağışladı - VİDEO

Hazırda oxunan: Rusiyanin baş prokuroru Aqşin Abdullayevə saat bağışladı - VİDEO

155576

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov Baş prokuror Kamran Əliyevin dəvətilə ölkəmizə işgüzar səfərə gəlib.

Bizim.Media xəbər verir ki,  tədbir çərçivəsində xaricdən gələn qonaqlar üçün konsert proqramı təşkil edilib. Konsertdə İqor Krasnov Azərbaycanın əməkdar artisti Aqşin Abdullayevə ifasını bəyəndiyinə görə saat bağışlayıb.

Bu barədə əməkdar artist özünün Facebook səhifəsində paylaşım edib: “Rusiyanin baş prokuroru ifamı bəyənərək mənə saat bağışladı”.

Həmin görüntüləri diqqətinizə çatdırırıq:

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO