Sergey Lavrov karantinə maskası ilə etiraz etdi - VİDEO

Sergey Lavrov karantinə maskası ilə etiraz etdi - VİDEO

Hazırda oxunan: Sergey Lavrov karantinə maskası ilə etiraz etdi - VİDEO

15548

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin Quylin şəhərində olarkən Litszyan çayında qayıqla gəzintiyə çıxıb.

Bizim.Media "RiaNovosti"-yə istinadən xəbər verir ki, gəzinti zamanı onun taxdığı maska diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Çinə səfərə gəmi ilə getdi - VİDEO


Belə ki, jurnalistlərin ad günündə ona hədiyyə etdikləri, üzərində "FCKNG QRNTN" (Cəhənnəm olsun karantin) yazılmış maska ilə fotokameralara poz verib.

Çayda gəzintidən sonra Lavrov Çinin XİN başçısı Van İ ilə görüşüb. Məlumata görə danışıqlar sabah da davam etdiriləcək.

Həmçinin, Çindən sonra rusiyalı nazir Cənubi Koreyaya səfər edəcək.

Maska təkcə Lavrovun deyil həmçinin "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovun da xoşuna gəlib. O, bu haqda şəxsi teleqram kanalında paylaşım edib:

"COVID-lə Qərbdən daha yaxşı mübarizə aparan ölkənin naziri Rusiyanı öyrədənlərə "Cəhənnəm olsun karantin" maskası ilə salam göndərir. Sizi dəyənəkləri ilə sığallayan, brandspoytla çimizdirən polisdən əziyyət çəkincə "Sputnik-V" vurdurun", - deyə, o paylaşımında qeyd edib.

Bizim.Media
 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO