2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti 14 mart 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq.
Beləliklə, Dövlət Miqrasiya Xidməti aşağıdakıları hər il avqust ayının 1-dək haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları Nazirlər Kabineti tərəfindən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət yaradılan komissiya təqdim edəcək.
Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:22 / 16.09.2023
Baş nazirdən Qarabağda işləyən əcnəbilərlə bağlı QƏRAR
Hazırda oxunan: Baş nazirdən Qarabağda işləyən əcnəbilərlə bağlı QƏRAR
Hazırda oxunan: Baş nazirdən Qarabağda işləyən əcnəbilərlə bağlı QƏRAR
155459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.