AMEA-dan Ramiz Mehdiyevin sağlamlığı ilə bağlı AÇIQLAMA: “Özünü yaxşı hiss edir”

AMEA-dan Ramiz Mehdiyevin sağlamlığı ilə bağlı AÇIQLAMA: “Özünü yaxşı hiss edir”

Hazırda oxunan: AMEA-dan Ramiz Mehdiyevin sağlamlığı ilə bağlı AÇIQLAMA: “Özünü yaxşı hiss edir”

15545

19-20 mart tarixlərində bəzi ölkə saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından ictimaiyyətin diqqətinə çatdırırırlar ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.

''Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik. Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar'', – AMEA-nın mətbuat və informasiya şöbəsi qeyd edir.

Bizim.Media xatırladır ki, bəzi mənbələr isə Ramiz Mehdiyevin dünyasını dəyişməsi haqda məlumatlar yaymışdı. (Sfera.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO