Yeni dərs ili başlamamış paytaxtın nəqliyyat sektorundan şikayətlər başlanıb. Ötən gün 205 nömrəli marşrutda işləyən avtobusun sürücülərindən biri günün günorta çağı sərnişinləri 20 nömrəli məktəbin qarşısında boşaldıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı jurnalist Qalib İbrahimoğlu məlumat verib.
Onun sözlərinə görə, sürücü sərnişinlərə müraciət edərək tıxaca görə hərəkət etməyəcəyini bildirib:
“Çünki, "Azneft" dairəsində tıxac var”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, hadisədən xəbərdardırlar:
“Müraciət araşdırılır. Ən qısa zamanda əlavə məlumat veriləcək”.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:50 / 15.09.2023
Bakıda sürücü avtobusu yarı yolda SAXLADI – “Tıxac var, getməyəcəyik”
Hazırda oxunan: Bakıda sürücü avtobusu yarı yolda SAXLADI – “Tıxac var, getməyəcəyik”
Hazırda oxunan: Bakıda sürücü avtobusu yarı yolda SAXLADI – “Tıxac var, getməyəcəyik”
155301
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.