Bayramı Şəkidə keçirmək istəyənlərin nəzərinə - EHTİYATLI OLUN! - FOTO

Bayramı Şəkidə keçirmək istəyənlərin nəzərinə - EHTİYATLI OLUN! - FOTO

Hazırda oxunan: Bayramı Şəkidə keçirmək istəyənlərin nəzərinə - EHTİYATLI OLUN! - FOTO

15529

Bayram günlərini hər kəs ölkəmizin gəzməli-görməli yerlərinə üz tutur, tətilini xoş keçirmək istəyir.

Amma üzünü Şəkiyə tutanlara tövsiyyəmiz var. Oğuzdan Şəkiyə qədər olan məsafədəki yol bərbad gündədir. Bunu sosial şəbəkə üzərindən artıq bu rayona üz tutub peşiman olanlar da söyləyib.

Facebook istifadəçisi Əzizə İsmayılova öz səhifəsində öz xəbərdarlıq ismarıcını da yazıb:

“Şəkiyə gəzməyə gəlmək kimi bir planınız varsa, Oğuzdan Şəkiyə kimi məsafəni saatda, ən yaxşı halda 20-30 km/saat getməyi gözə alın. 2 saata bu yolu qət edə bilsəniz, demək ki, qəhrəmansınız.

Təzyiqi, ürəyi problemli olanlar, yolda ürəyi bulananlar, siz ən yaxşısı bu istəkdən hələki vaz keçin... Tam ciddi sözümdür.

Yolun ən normal halı belədir. Gürcüstanlı qaqaş demiş deyilənə görə "yolları qayırellar" amma mən yolda heç bir texnikaya filan rast gəlmədim. Əvvəlcədən bilsəydim, heç bir halda bu yola girməzdim. Hər halda məndən söyləməsi...”.

Əzizə İsmayılovanın çəkdiyi fotoları təqdim edirik:

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO