Xalq artisti Ramiz Məmmədov dəfn olundu

Xalq artisti Ramiz Məmmədov dəfn olundu

Hazırda oxunan: Xalq artisti Ramiz Məmmədov dəfn olundu

15525

Xalq artisti Ramiz Məmmədov dəfn olunub.

Bizim.Media xəbər verir ki, mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir xalq artisti vəfat etdi


Qeyd edək ki, R. Məmmədov 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan zaman Musiqili Komediya Teatrına dəvət alıb. 

"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib. 

Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb. 

O, 2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO