Qubada sentyabr şəhidi Ümid Həsənovun anım mərasimi keçirilib - FOTO 

Qubada sentyabr şəhidi Ümid Həsənovun anım mərasimi keçirilib - FOTO 

Hazırda oxunan: Qubada sentyabr şəhidi Ümid Həsənovun anım mərasimi keçirilib - FOTO 

155229

Qubanın İsnovqışlaq kəndində keçən il 12-14 sentyabr hadisələrində qəhrəmancasına şəhid olmuş Ümid İlqar oğlu Həsənovun anım mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, anım mərasimi İsnovqışlaq kənd qəbiristanlığında şəhid Ümid Həsənovun məzarının ziyarəti ilə başlayıb. 

Rayon rəhbərliyi, digər rəsmilər, şəhid ailələrinin nümayəndələri, sakinlər Ümid Həsənovun məzarı önünə tər güllər düzməklə, xatirəsini hörmətlə anıblar. Şəhidin anası Məxburə Həsənovaya başsağlığı verilib, belə qorxmaz oğul böyütdüyü üçün ona minnətdarlıq edilib. 
Qeyd edək ki, atasız böyüyən Ümid Həsənov ailənin yeganə oğul övladı, iki bacının tək qardaşı idi. 21 yaşında Vətənin müdafiəsində qəhrəmancasına canından keçən Ümid Həsənovun anım tədbiri izdihamlı olub.  






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO