ABŞ Prezidenti Co Bayden qanunsuz miqrant axınının qarşısını almaq üçün ABŞ-Meksika sərhədindəki divarın tikintisini dərhal sona çatdırmalıdır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı dövlət başçısı Donald Trampa istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Senatında ermənilərlə bağlı Baydenə hücumlar başladı – “Siz bunu bir dəfə etmisiniz”
Ağ Evin sahiq rəhbəri dünən mövzu ilə bağlı açıqlama verib.
Siyasətçi vurğulayıb ki, sərhədin etibarlı qorunmasını vaxtilə təmin edə bilib. O, əlavə edib ki, demokratların administrasiyası bir neçə həftə içində milli qələbəni milli fəlakətə çevirib.
Trampa görə, hazırkı Amerika liderinin köməkçiləri "tam məğlubiyyətlərini etiraf etməlidirlər".
Respublikaçılar partiyasının üzvü qeyd edib ki, mövcud rəhbərliyin hərəkətləri "insanların ölümünə, faciəvi hadisələrə" səbəb olur.
Ölkənin keçmiş prezidenti israr edir ki, hazırkı rəhbərlik divarın inşasını dərhal sona çatdırmalıdır:
“Bu baryeri bir neçə həftə ərzində qurmaq mümkündür”.
Bizim.Media