Şakiranın “MTV VMA 2023”dəki çıxışı gündəmə DAMĞA VURDU - FOTO/VİDEO 

Şakiranın “MTV VMA 2023”dəki çıxışı gündəmə DAMĞA VURDU - FOTO/VİDEO 

Hazırda oxunan: Şakiranın “MTV VMA 2023”dəki çıxışı gündəmə DAMĞA VURDU - FOTO/VİDEO 

155056

Ötən gecə Nyu-Yorkda hər kəsin dörd gözlə gözlədiyi “MTV VMA 2023” musiqi mükafatlanma mərasimi baş tutub.  

Bizim.Media xəbər verir ki, gecəyə səhnə performansı ilə damğa vuran dünya şöhrətli pop ulduz Şakira olub.  

Belə ki, sözügedən mükafata layiq görülən əfsanəvi kolumbiyalı müğənni səhnəyə bədənini çılpaq kimi göstərən parıltılı ətək və "top"da çıxıb. Pop ulduz, "Whenever, Wherever" və "Hips Don't Lie" kimi hitlərindən ibarət mahnılarını səsləndirib. 
Latın popunun kraliçası mahnılarını möhtəşəm xoreoqrafiya və alovlu rəqsləri ilə zənginləşdirib. Mahnı səslənən zaman Şakiranı pərəstişkarları qaldıraraq salonda gəzdiriblər.  

Müğənninin bu çıxışı isə sosial mediada çox sayda paylaşılaraq, "viral" olub.  
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO