Şarl Mişelin mətbuat katibindən Ağdam-Xankəndi yolu ilə bağlı AÇIQLAMA

Şarl Mişelin mətbuat katibindən Ağdam-Xankəndi yolu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Şarl Mişelin mətbuat katibindən Ağdam-Xankəndi yolu ilə bağlı AÇIQLAMA

154945

"Biz tərəfləri həm Laçın, həm də Ağdam marşrutlarından istifadə imkanlarını təmin etməyə çağırırıq".

Bizim.Media xəbər verir ki, bu açıqlamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuat katibi Yekaterina Kasinje yayıb.

Qurumun saytında dərc olunan bəyanatda deyilir ki,  Şarl Mişel regionda gərginliyin azaldılması istiqamətində fəal işləyir və münaqişənin həlli üçün Ermənistan, Azərbaycan və Türkiyə liderləri ilə intensiv təmaslar aparır.
Aİ həmçinin Rusiyanın humanitar yüklərinin Ağdam-Əsgəran marşrutu ilə keçdiyini xatırladır və bu addımın həssaslığını başa düşdüyünü, onun yerli əhaliyə müntəzəm təchizatın bərpasına təkan verəcəyini qeyd edir:

"Biz qarşıdakı günlərdə və həftələrdə daha konkret addımların atılacağını, o cümlədən Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə dair dialoq, barışıq səylərini və sülh prosesini gözləyirik.

Bölgədəki çətin vəziyyət uzun müddətdir davam edir. İndi payız-qış mövsümündən əvvəl humanitar yardımlara çıxışı təmin etmək üçün davamlı və qarşılıqlı məqbul həllər tapmaq lazımdır".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO