“Beşiktaş” portuqaliyalı futbolçu ilə müqaviləni uzatdı

“Beşiktaş” portuqaliyalı futbolçu ilə müqaviləni uzatdı

Hazırda oxunan: “Beşiktaş” portuqaliyalı futbolçu ilə müqaviləni uzatdı

154887

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi Gedson Fernandesin sözləşməsinin müddətini 1 il uzadıb.  

Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilin yayına kimi "qara qartallar"a məxsus olacaq. Super Liqa klubu 24 yaşlı oyunçunun maaşını da 400 min avro artırıb. Futbolçu bundan sonra 1,7 milyon avro maaş alacaq.  
Qeyd edək ki, "Beşiktaş" Gedson Fernandesi ötən ilin yayında "Benfika"dan transfer edib. O, komandanın heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO