Rusiya XİN Ermənistan rəhbərliyini sərt tənqid etdi

Rusiya XİN Ermənistan rəhbərliyini sərt tənqid etdi

Hazırda oxunan: Rusiya XİN Ermənistan rəhbərliyini sərt tənqid etdi

154843

“Cəmi iki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda artan anti-Rusiya ritorikasına münasibət bildirib. Ritorika vəziyyəti həll etməyə kömək edən olmalıdır.

Qızışdırmaq, alovlandırmaq, parçalamağa artıq hamı öyrəşib”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində son günlər Ermənistanda artan anti-Rusiya ritorika ilə də bağlı sualı cavablandırarkən bildirib.

O vurğulayıb ki, heç də hər kəs barışmağı, kömək etməyi, bərpa etməyi, birləşməyi bacarmır: “Bunun uğrunda səy göstərmək, çalışmaq lazımdır”.

Rusiya XİN rəsmisi son günlər Ermənistanda və Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verənlərə də münasibət bildirib.
 

Jurnalistin “İndiki çıxılmaz vəziyyətdən sülh yolu ilə çıxmaq şansı varmı” sualına M.Zaxarova belə cavab verib:

“Bu sülh şansı Rusiyanın vasitəçiliyi ilə hazırlanan üç sənəddə öz əksini tapıb. Moskvanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində sənəd nizamlanma kateqoriyasına keçib. Hamı onu razılaşdırıb və 2020-ci ildən bəri bu sənədlərin aktuallığını və onların tarixi rolu dəfələrlə qeyd edilib. Sadəcə olaraq, onları həyata keçirmək lazımdır”.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO