Putin Çubaysın Rusiyanı tərk etməsinə münasibət bildirdi - VİDEO

Putin Çubaysın Rusiyanı tərk etməsinə münasibət bildirdi - VİDEO

Hazırda oxunan: Putin Çubaysın Rusiyanı tərk etməsinə münasibət bildirdi - VİDEO

154794

Rusiya Prezidenti Vladimir Putin "Rosnano"nun keçmiş rəhbəri Anatoli Çubaysın Rusiyadan qaçmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Putin Çubaysın xaricdə nədənsə gizləndiyini anlamadığını söyləyib.

“İnternetdən mənə bir fotoşəkil göstərdilər, o, artıq Anatoli Borisoviç Çubays deyil, Moişa İzraileviç kimi yaşayır. O, niyə belə edir? Aradan çıxıb...”, deyə Rusiya prezidenti bildirib.

Putin bunun böyük maliyyə boşluğunun olduğu Rusnanodakı proseslərlə bağlı olduğunu ehtimal edib. Bildirib ki, həmin şirkətdə cinayət işi yoxdur. “Ola bilsin ki, o, bunun nəhayət hansısa cinayət işlərinə səbəb olacağından qorxub. Ona görə də o, hətta İsraildə gizli vəziyyətə keçib. Bu, onun nəyinə lazımdır, düzünü desəm anlamıram”, - deyə Putin əlavə edib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO