Azərbaycan bayrağına qarşı diqqət göstərən Türkiyə polisi MÜKAFATLANDIRILDI - VİDEO 

Azərbaycan bayrağına qarşı diqqət göstərən Türkiyə polisi MÜKAFATLANDIRILDI - VİDEO 

Hazırda oxunan: Azərbaycan bayrağına qarşı diqqət göstərən Türkiyə polisi MÜKAFATLANDIRILDI - VİDEO 

154761

Sentyabrın 8-də Avropa çempionatının (AVRO 2024) seçmə mərhələsi çərçivəsində Türkiyə ilə Ermənistan arasında keçirilən matç zamanı girişdə Azərbaycan bayrağına göstərdiyi ehtiramla sosial mediada diqqət çəkən polis əməkdaşı mükafatlandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb. 

Bildirilib ki, Düzce valisi Səlçuq Aslan 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə-Ermənistan matçı öncəsi nümunəvi davranışına görə Düzce Polis Şöbəsinin əməkdaşı Ramazan Şahini ofisində qəbul edib. 

Vali Ramazan Şahinə sertifikat təqdim edib və həssas davranışına görə təşəkkür edib.  

Qeyd edək ki, yerli polis stadiona gələn azarkeşin üzərinə baxış keçirən zaman Azərbaycan bayrağını görüb və dövlət rəmzimizi öpərək böyük ehtimanını göstərib. Polis əməkdaşlarının bu davranışı alqışla qarşılanıb. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO