Xankəndidəki qondarma “seçki”yə hansı ölkələr SƏSSİZ QALDI? 

Xankəndidəki qondarma “seçki”yə hansı ölkələr SƏSSİZ QALDI? 

Hazırda oxunan: Xankəndidəki qondarma “seçki”yə hansı ölkələr SƏSSİZ QALDI? 

154624

Sentyabrın 9-da Xankəndidə qondarma rejim “prezident seçkiləri” keçirdi. Bu “seçki” Azərbaycanın Konstitusiyasına zidd addım olmaqla yanaşı, Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarına növbəti zərbə idi. 

Təsadüfi deyil ki, bir sıra dövlətlər bu seçkiləri tanımadığını bəyan etdi. Məsələn, Türkiyə, Böyük Britaniya, Gürcüstan, Moldava,  Aİ və Avropa Şurası bu “seçkiləri” açıq şəkildə pislədi. Lakin, bir sıra dövlətlər Azərbaycan üçün olduqca həssas olan bu məsələyə heç bir münasibət sərgiləmədi. Halbuki, həmin dövlətlərin bir çoxu Azərbaycanın strateji tərəfdaşı, bəziləri isə dost ölkələrdir.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Qarabağdakı qondarma “seçkiləri” qınadı: “Sabah Paşinyanla danışacağam”


Bəs, separatçıların anti-Azərbaycan hərəkətlərinə hansı dövlətlər mövqe bildirmədi?

ABŞ

Özünü dünyaya ədalətin və demokrtaiyanın müdafiəçisi kimi təqdim edən ABŞ Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə yönəlik bu təxribat barədə heç bir münasibət bildirmədi. Bu da onu göstərir ki, Vaşinqton üçün digər ölkələrin ərazi bütövlüyü və suverenliyi yox, öz maraqları daha önəmlidir. Demokratiya, sülh və digər yalançı çağırışlar bu ölkə üçün bir çox halda mənasız söz yığınağı, bəzən isə dəyənəkdir. Bu susqunluğu ilə Ağ Ev açıq şəkildə göstərdi ki, Cənubi Qafqaz davamlı sülhü istəmir. ABŞ separatizmin alovlanmasında daha çox maraqlıdır.

Rusiya

“Seçkilərdən” iki gün keçməsinə baxmayaraq rəsmi Moskva separatçıların təxribatlarına heç bir reaksiya bildirməyib. Bu isə onu göstərir ki, Rusiyanın siyasi elitası da Azərbaycan ərazilərində separatçılığın baş qaldırmasında maraqlıdır. Və bu minvalla “sülhməramlı missiyasını” bir neçə onilliklər bu ərazilərdə sürdürmək istəyir.

Fransa

Yelisey Sarayının bu məsələdə mövqeyi gözlənildiyi kimi oldu. Rəsmi Paris nəinki separatizmi pisləmir, əksinə ona var gücü ilə dəstək verir. Yəqin ki, yaxın günlərdə separatçıların yeni “prezidenti” ilə Fransa rəhbərliyinin telefon əlaqəsi də qurulucaq. Bu da Fransanın anti-Azərbaycan siyasətinin bir parçasıdır.

Belarus

Özünü Azərbaycana dost ölkə sayan Belarus belə bir həssas məqamda öz sadiqliyini göstərə bilərdi. Amma rəsmi Minsk bunu etmədi. Bu da yəqin ki, onunla bağlıdır ki, Belarus siyasiləri Rusiyanın mövqeyini gözləyirlər. Amma bütün hallarda separatizmin alovlanmasına göz yummaq heç bir dövlətə baş ucalığı gətirmir.

Qazaxıstan və Orta Asiya ölkələri

Bu bölgədə qərarlaşan 4 türk dövlətinin Azərbaycan üçün olduqca həssas olan bir məsələyə loyal münasibətinin heç bir məntiqi izahı yoxdur. 

Hindistan

Rəsmi Dehli zatən ermənilərin yanındadır. Hindistan var gücü ilə Ermənistanın ayaqda qalmasını və Azərbaycana qarşı daha çox müqavimət göstərməsini istəyir. Ona görə də rəsmi Dehlinin susqunluğu başadüşüləndir.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO