Bakıda temperatur normadan aşağı DÜŞÜB 

Bakıda temperatur normadan aşağı DÜŞÜB 

Hazırda oxunan: Bakıda temperatur normadan aşağı DÜŞÜB 

154586

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-nə olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib. 

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub. 
Duman Qrız, Lerikdə müşahidə olunub. 

Sentyabrın 10-da temperatur Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO