Rusiya Azərbaycan vasitəsilə Ermənistana enerji ötürəcək?

Rusiya Azərbaycan vasitəsilə Ermənistana enerji ötürəcək?

Hazırda oxunan: Rusiya Azərbaycan vasitəsilə Ermənistana enerji ötürəcək?

154580

Kreml mövcud infrastrukturdan istifadə etməklə 300 MVt elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə İrana ixracı imkanları barədə Tehran və Bakı ilə danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov deyib.

“İndi biz sadəcə olaraq elektrik enerjisinin Azərbaycan ərazisi ilə Ermənistana, oradan İrana və ola bilsin, daha da başqa ölkələrə çatdırılması imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə biz Tehran və Bakı ilə razılaşırıq ki, yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə etsinlər”, - Şulqinov qeyd edib.

O əlavə edib ki, danışıqlarda iştirak edən bütün tərəflər bu layihədə maraqlıdır.

Bundan əvvəl Rusiyanın energetika naziri və Qazaxıstanın energetika nazirliyinin rəhbəri Almasadam Satkaliev 2033-cü ilin sonuna qədər neft tranzitinin həcminin hər il 10 milyon tona çatdırılması haqqında saziş imzalayıblar.
Tərəflər həmçinin elektrik enerjisi sahəsində əməkdaşlığı müzakirə ediblər. Moskva enerji obyektlərinin tikintisi və modernləşdirilməsi, avadanlıqların istehsalı və təchizatı sahələrində birgə layihələr həyata keçirməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO