Göygöldə “KamAZ” minik avtomobili ilə toqquşdu: Ölən və yaralılar var

Göygöldə “KamAZ” minik avtomobili ilə toqquşdu: Ölən və yaralılar var

Hazırda oxunan: Göygöldə “KamAZ” minik avtomobili ilə toqquşdu: Ölən və yaralılar var

154550

Göygöldə ağır yol nəqliyyat hadisəsi ölümlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan "KamAZ" markalı yük avtomobili ilə  "VAZ-21099" markalı minik maşını toqquşub.

Hadisə nəticəsində "VAZ"da olan sərnişin, 1975-ci il təvəllüdlü Müşviq Bayramov dünyasını dəyişib. 1998-ci il təvəllüdlü  Xalay Tahirli, Bayram Məmmədov və Elgün Hüseynli isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO