MN: Ermənistan Qarabağda kütləvi şəkildə yeni minalar döşəyir

MN: Ermənistan Qarabağda kütləvi şəkildə yeni minalar döşəyir

Hazırda oxunan: MN: Ermənistan Qarabağda kütləvi şəkildə yeni minalar döşəyir

154516

Ermənistan Qarabağda kütləvi şəkildə yeni minalar döşəyir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.

Xatırladaq ki, bu gün saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Onun həyatı üçün təhlükə yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO