Zaqatalanın 51 məzunu xarici ölkələrdə təhsil alacaq

Zaqatalanın 51 məzunu xarici ölkələrdə təhsil alacaq

Hazırda oxunan: Zaqatalanın 51 məzunu xarici ölkələrdə təhsil alacaq

154492

Bu il ali məktəblərə Zaqatala rayonundan qəbul olunan 337 nəfər ölkəmizin ali təhsil müəssisələrində, 51 məzun isə xarici ölkələrdə oxuyacaq.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Zaqatala rayonu üzrə Təhsil sektorundan məlumat verilib. 

Bildirilib ki, bu il sənəd verən 454 məzundan 381 nəfəri tələbə adını qazanıb. Eyni zamanda, əvvəlki illərin məzunlarından 7 nəfər də ali məktəblərə daxil olub. 

Diqqətə çatdırılıb ki, qəbul imtahanlarında məzunlardan 42 nəfəri 500-700 bal arasında, o cümlədən 16 nəfər 600 baldan yuxarı nəticə göstərib. Bəhmətli kənd tam orta məktəbin məzunu Leyla Muradova imtahanlarda rayon üzrə hamıdan çox – 662 bal toplayaraq Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi fakültəsinə qəbul olunub. 
Ümumiyyətlə, qəbul imtahanlarında akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin, Humanitar fənlər gimnaziyasının, şəhər 3 nömrəli, həmçinin Aşağı Tala, Yuxarı Tala, Muxax, Danaçı kənd tam orta məktəblərin məzunları daha yüksək nəticələr əldə ediblər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO