Xalq artisti:

Xalq artisti: "Prezident Şuşadan səsləndi ki, artıq qayıdış, quruculuq vaxtıdır"

Hazırda oxunan: Xalq artisti: "Prezident Şuşadan səsləndi ki, artıq qayıdış, quruculuq vaxtıdır"

15433

Bu il Novruz bayramının mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə qeyd olunması Azərbaycan xalqının ən böyük arzusuna çatması kimi rəmzi və tarixi əhəmiyyət daşıyır. 

Prezident İlham Əliyevin Azərbaycan xalqına Şuşadan səslənməsi bir çox azərbaycanlı kimi Xalq artisti Mənsum İbrahimovu da duyğulandırıb. O, bir qarabağlı kimi öz sevinc hisslərini Bizim.Media ilə bölüşüb: 

 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Şuşadan çıxışı dünyaya sülh çağırışıdır


"Hər il arzu edirdik ki, gələn ilin Şuşada qeyd edək. İndi biz Cıdır düzündə Novruz tonqalının, zəfər atəşinin qalmamasına şahid olduq. Bu bizim üçün çox qürurverici bir görüntü idi. Bizim üçün bu bayram tamam fərqli oldu. Sözün əsl mənasında insanlarımızın gözləri gülür, qəlbləri sevinir".

"Çünki uzun illər düşmən tərəfindən zəbt edilən torpaqlarımız azaddır, biz o ərazilərə qayıtmışıq. Bu bayramı biz zəfər çalmış bir xalq kimi, qalib bir ordu kimi qeyd edirik".

Xanəndə Prezidentin Şuşadan verdiyi mesajlardan da danışdı:

"Şuşa bizim qürur mənbəyimizdir. Prezident orada da qeyd etdi ki, Şuşa qalası Pənahəli xan tərəfindən tikilib. Bu bizim tariximizdir. Bununla da o, saxta erməni tarixçilərinin, ermənilərin yalan sözlərini dəstəkləyənləri susdurdu.

Dövlət başçısı həmçinin qeyd edib ki, biz bu gün tarixən bizə mənsub olan torpaqlarımıza qayıtmışıq. Və əbədi olaraq burada yaşayacağıq.

Qətiyyətlə, inamla deyilən bu sözlər bütün dünya üçün bir mesaj, xalqımız üçün isə birlik, əzm çağırışı idi. Bu həm də o demək idi ki, artıq qayıdış, quruculuq zamanıdır”.

Sonda Xalq artisti Azərbaycana zəfər yaşadan Ali Baş Komandana və Müzəffər Ordumuza da öz təşəkkürünü də bildirib.

Vüsalə Balayeva,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO