Gəncədə avtomobillər TOQQUŞUB - Xəsarət alan var 

Gəncədə avtomobillər TOQQUŞUB - Xəsarət alan var 

Hazırda oxunan: Gəncədə avtomobillər TOQQUŞUB - Xəsarət alan var 

154311

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.  

Hərəkətdə olan "Lada" və "Reno" markalı avtomobillər toqquşub. Nəticədə idarəetmədən çıxan "Lada" markalı avtomobil aşıb.  

Qəza zamanı 1959-cu il təvəllüdlü A.Ələkbərov müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Zərərçəkmiş xəstəxanaya çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO