“Paşinyan KTMT-dən çıxmaq üçün müharibə başladacaq” – Avetik İşxanyan  

“Paşinyan KTMT-dən çıxmaq üçün müharibə başladacaq” – Avetik İşxanyan  

Hazırda oxunan: “Paşinyan KTMT-dən çıxmaq üçün müharibə başladacaq” – Avetik İşxanyan  

154297

“Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb”. 

Bizim.Media “Hraparak”a istinadən xəbər verir ki, bu barədə erməni ekspert Avetik İşxanyan sərhəddə baş verən gərginlik və ABŞ-Ermənistan hərbi təlimləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında ikigünlük (13-14 sentyabr) müharibə anti-Rusiya mövqeyini gücləndirmək və KTMT-dən çıxmağa hesablanmışdı: 

“Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır. ABŞ-Ermənistan təlimləri də məhz anti-Rusiya prosesinin tərkib hissəsidir”.  

Erməni ekspert son günlər İrəvan-Moskva xəttində baş verən gərginliyə diqqət çəkib.

Qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO