Hərbi texnikalarımızın üzərindəki “∀” simvolunun ANLAMI – Zəngəzur bizi GÖZLƏYİR…

Hərbi texnikalarımızın üzərindəki “∀” simvolunun ANLAMI – Zəngəzur bizi GÖZLƏYİR…

Hazırda oxunan: Hərbi texnikalarımızın üzərindəki “∀” simvolunun ANLAMI – Zəngəzur bizi GÖZLƏYİR…

154269

Azərbaycan ordusuna məxsus hərbi maşın və texnikaların üzərində tərsinə A hərfinin yazılması son günlər sosial şəbəkələrdə ciddi müzakirələr yol açıb. Hər kəs bunu ehtimal etdiyi tərəfə yozur.

Bəs, əslində A hərfi niyə tərsinə yazılır?

Bununla bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hərbi maşınların üzərindəki tərsinə A hərfi işarəsinə daha əvvəllərdə rast gəlinirdi:

“Hərbiçilər fərqlilik yaratmaq üçün bunu edirlər. Bildiyimiz kimi eyni model MAZ, KamAZ və digər maşınlar MDB məkanındakı bütün dövlətlərin hərbi sənayesində istifadə edilir. O cümlədən də erməni silahlı qüvvələri əsasən bu maşınların xidmətindən yararlanırlar. Həmin maşınların müvafiq ərazidə hərəkəti zamanı hansı ölkənin ordusuna aid olduğunu ayırd etmək üçün bu cür variantlardan istifadə edilir. Avasiya vasitələri, PUA-lar tərəfindən maşınların hansı dövlətə aid olmasını fərqləndirmək üçün bu cür işarələndirmələr çox vacibdir. Bu fərqləndirici nişanları təkcə maşının yan tərəfində deyil, həm də üstündə olur”. 

Ədalət Verdiyev fərqləndirici nişanın niyə məhz A olmasına da toxundu:

“Tərsinə A hərfi təkcə fərqləndirmə nişanı deyil. Bunun həmdə rəmzi mənaları var. Məsələn, A hərfi tərsinə V kimi oxunur. Bu da victory-yəni zəfər mənası verir. Ortadakı xətt isə yol deməkdir. Böyük ehtimalla bu da Zəngəzur yoluna bir işarədir. Bir sözlə tərsinə A hərfini belə şifrələmək olar: Zəfər Azərbaycanladır və yaxud Zəngəzur yolu açılacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO