Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının başlatdığı impiçment proseduru fonunda istefaya getməyə hazırlaşmadığını bildirib.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu barədə Zurabişvili Gürcüstan İctimai Yayımının Birinci Kanalı tərəfindən yayımlanan televiziya müraciətində deyib:
“Mən heç yerə getmirəm. Düşünürəm ki, hamı mənim təqaüdə çıxmaq arzusunu unutmalıdır. Mən olmalı olduğum yerdəyəm”
Qeyd edək ki, sentyabrın 1-də ölkənin hakim partiyası prezidentə qarşı impiçment prosedurunun başlandığını elan edib.
Buna səbəb Zurabişvilinin Almaniya və Fransa prezidentləri, eləcə də hökumətin onu təkzib etdiyi Avropa Şurasının rəhbəri ilə görüşmək üçün Avropaya səfəri olub.
Zurabişvilinin bu addımı konstitusiyanın pozulması kimi qiymətləndirilib. Çünki, ölkə qanunvericiliyinə görə, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər.
Prezidentin vəzifədən kənarlaşdırılması üçün parlamentdə səsvermənin nəticələrinə əsasən deputatların üçdə ikisinin, yəni 150-dən 100-nün səsi tələb olunur.
Bizim.Media
- A-
- A
- A+
Region
10:07 / 08.09.2023
Gürcüstan prezidenti İSTEFA VERƏCƏK?
Hazırda oxunan: Gürcüstan prezidenti İSTEFA VERƏCƏK?
Hazırda oxunan: Gürcüstan prezidenti İSTEFA VERƏCƏK?
154196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.