“Kiçik və ya yeganə oğlana mirasın verilməsi qanunda yoxdur” – Hüquqi İZAH 

“Kiçik və ya yeganə oğlana mirasın verilməsi qanunda yoxdur” – Hüquqi İZAH 

Hazırda oxunan: “Kiçik və ya yeganə oğlana mirasın verilməsi qanunda yoxdur” – Hüquqi İZAH 

154133

Hər bir ailə üçün sonradan problemə çevriləcək miras məsələsi yenidən aktuallaşıb. Azərbaycanda dünyasını dəyişən şəxsin övladları arasında vaxtaşırı mirasla bağlı mübahisələrin, hətta yaxşı sonluqla nəticələnməyən hadisələrin şahidi oluruq.

Sağlığında miras bölgüsünü qanuni və hüquqi yolla həyata keçirməyən şəxsin övladları arasında bu məsələ ciddi problemlərə yol açır. Xüsusilə, torpaq, ev, maşın və digər əmlakların bölüşdürülməsində ailədaxili münaqişələr yaranır.

Bir qayda olaraq Azərbaycanda vəsiyyətnamə olmadan və bölgü aparılmadan miras ailənin yeganə, yaxud ən kiçik oğluna qalır. Ailədə yalnız qız övladları varsa, miras ənənəyə görə evin kiçik qızına buraxılır. Əslində ənənəni əsas tutan bir çox ailələrdə mirasa iddia edənlər də olmur.
Bəs, qanun nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə dünyasını dəyişən şəxslərin övladları arasında miras bölgüsü aparması, vəsiyyətnamə yazması və digər bu kimi məsələlər vərəsəlik hüququ ilə tənzimlənir:
 

MÖVZU İLƏ BAĞLI:

Sığortalı kreditləri bu halda varislər ÖDƏMƏLİDİR – AÇIQLAMA


“Vəsiyyətnamə aydın məsələdir. Şəxs sağlığında vəsiyyətnamə qoyur və orada mirasının necə bölünməsini göstərir. Hətta öz övladlarına, qohumlarına deyil, istədiyi adama, ona məxsus əmlakını qoya bilər.

Vəsiyyətnamə yoxdursa, qanuni və birinci, ikinci, üçücüncü növbələr olan vərəsələr var. Birinci növbə vərəsələr ölən şəxsin həyat yoldaşı valideynləri və övladlarıdır. İkinci növbə vərəsələr qardaşları, bacıları və beləliklə bölünür.

Qanun deyir ki, bütün qanuni vərəsələr eyni hüquqa və paya malikdirlər. Ər arvaddan əvvəl vəfat edir, əmlakları birgə mülkiyyətdədirsə, onun yalnız 50 faizi ölənə məxsusdur. Yəni əmlakların yalnız 50 faizi vərəsələr arasında bölünə bilər. Həmin mirasın 25 faizi qadına düşür, 25 faizi isə digər vərəsələr arasında bölünür.
Qanun deyir ki, mülkiyyətçi kimə istəyirsə, mirası qoya bilər. Amma burada məcburi pay var. Qanunla düşən payın yarısı vərəsələrə məcburi pay kimi ayrılmalıdır. Vəsiyyətnamə olmasa və miras oğullar arasında bölünsə, məsələn hamısına 100 manat düşəcək, vəsiyyətnamə olanda isə bunun 50 manatı qanuni vərəsəyə verilməlidir.

Çox ölkələrdə belə bir şey yoxdur və mütəxəssislər bunun düzgün olmadığını bildirirlər. Amma Azərbaycanda qanun indi budur”.

Əsabəli Mustafayev qeyd edib ki, qanunda mirasın bir qayda olaraq evin yeganə və ya kiçik oğluna qalması kimi bir müddəa yoxdur:

“”Böyük, kiçik oğlan”, “imkanı yoxdur” və ya “kiçik qızdır” kimi anlayışlar qanunda yoxdur. Çox nadir hallarda elədir ki, ölənin yanında yaşayıb, ona qulluq edən və xidmət göstərən şəxs məhkəmə müraciət edə bilər və məhkəmə onun payını artıra bilər. İstənilən halda ölən şəxsin bütün övladları arasında harada və necə yaşamalarından asılı olmayaraq miras bərabər bölünməlidir.

Yəni onların hamısının bərabər hüququ var. Mirasa çatmaq və valideynin vərəsəsi olmaq üçün şəxs vaxtında notariusa müraciət olunmalıdır. Kim müraciət edibsə, ona şəhadətnamə verilir”. Hüquqşünas xarici təcrübəyə də əsaslanıb.

O, deyib ki, şəxs tam hüquqa malikdir ki, mirasını vəsiyyətnamə ilə kimə istəyirsə, ona da verir:

“Bəzi ölkələrdə məcburi pay yoxdur. Məcburi pay yalnız himayəsində olan şəxslərə görədir.

Bizdə də Sovet dövründə qanunda belə idi. Yalnız o adama vərəsəlik düşürdü ki, o, ölənin himayəsində olub. Amma Azərbaycanda hazırda bütün qanuni vərəsələrə pay düşür”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO