Hərbi hissədə şəhid ailələri ilə Novruz tədbiri - VİDEO

Hərbi hissədə şəhid ailələri ilə Novruz tədbiri - VİDEO

Hazırda oxunan: Hərbi hissədə şəhid ailələri ilə Novruz tədbiri - VİDEO

15404

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin iştirakı ilə “N” hərbi hissəsində Novruz bayramı qeyd olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər tədbirə dəvət olunmuş şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib.

Tədbirin sonunda şəhid ailələrinə bayram hədiyyələri və sovqatı təqdim edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO