Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasını zəruri addım olduğunu vurğulayıb.
Bizim.Media “Interfax”a istinadən xəbər verir ki, bu barədə Paşinyan Ermənistanın Araqatsotn bölgəsində, kəndlilərlə görüşündə bildirib.
Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq:
“Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılmasıdır.
Kimsə bunun , yalnız Azərbaycana və Ermənistana xeyir etdiyini deyirsə , inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.
Bizim.Media
- A-
- A
- A+
Region
16:48 / 20.03.2021
"Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir" - Paşinyan
Hazırda oxunan: "Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir" - Paşinyan
Hazırda oxunan: "Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir" - Paşinyan
15401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.