İstanbul valiliyinin avqustun 17-də çimərliklərdə, parklarda, piknik və istirahət məkanlarında spirtli içkilərin istifadəsinə qadağa qoyulmasını tələb edən səs-küylü təklifi sosial şəbəkələrdə, mediada və Türkiyə parlamentində qızğın müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, təklifə əsasən, sadalanan yerlərdə spirtli içki qəbuluna görə 620 türk lirəsi cərimə nəzərdə tutulur.
Buna səbəb isə sərxoş insanların əlbəyaxa davalarının və digər asayişin pozulması hallarının artması ilə bağlı şikayətlər olub.
Vali Davud Gül ictimai yerlərdə spirtli içki qəbul edən insanların qorxu mühiti yaratdığını iddia edib.
Qeyd edək ki, ölkə müxalifəti spirtli içkilərin qəbuluna qoyulan qadağada dini çalar görüb, hökuməti şəriət qanunlarını canlandırmaqda ittiham edib və bu qadağaya əməl etməməyə çağırıb.
İslamyönlü partiyalar isə bunun əksinə təklifi dəstəkləyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:20 / 06.09.2023
Türkiyədə spirtli içkilərin qadağan edilməsi təklif edilir, cəzası 620 türk lirəsidir
Hazırda oxunan: Türkiyədə spirtli içkilərin qadağan edilməsi təklif edilir, cəzası 620 türk lirəsidir
Hazırda oxunan: Türkiyədə spirtli içkilərin qadağan edilməsi təklif edilir, cəzası 620 türk lirəsidir
154001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.