Bakıda yeni tipli işıqfor dirəkləri quraşdırıldı - VİDEO

Bakıda yeni tipli işıqfor dirəkləri quraşdırıldı - VİDEO

Hazırda oxunan: Bakıda yeni tipli işıqfor dirəkləri quraşdırıldı - VİDEO

153897

Bakının bir neçə küçəsində yeni tipli işıqfor dirəkləri quraşdırılıb.

Bu barədə Bizim.Media-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində aparılan monitorinqlər zamanı bəzi yolayrıcılarında quraşdırılan işıqforların dirəkləri qısa olduğundan sürücülər işıqforları görməkdə çətinlik çəkirlər, hətta belə kəsişmələrdə bir neçə dəfə yol-nəqliyyat hadisəsi də baş verib.

Bu baxımdan bir sıra ərazilərdə artıq işlərə başlanılıb və Azərbaycan prospekti ilə İstiqlaliyyət, Səməd Vurğun ilə Hənifə Ələsgərov, eləcə də Abbasqulu ağa Bakıxanov ilə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsindəki işıqforların köhnə dirəkləri dəyişdirilərək yeni L-tipli dirəklərlə əvəz edilib və sürücüləri narahat edən problem aradan qaldırılıb.
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işləri davam etdirir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO