İtaliya klubunun futbolçusu “Neftçi”yə keçməkdən İMTİNA EDİB 

İtaliya klubunun futbolçusu “Neftçi”yə keçməkdən İMTİNA EDİB 

Hazırda oxunan: İtaliya klubunun futbolçusu “Neftçi”yə keçməkdən İMTİNA EDİB 

153874

İtaliyanın “Salernitana” klubunun futbolçusu Simeon Toçukvu Nvankvu karyerasını Azərbaycanda davam etdirmək istəməyib.  

Bizim.Media xəbər verir ki, 31 yaşlı nigeriyalı hücumçu “Neftçi”nin təklifini qəbul etməyib.  

Belə ki, Simeon karyerasını Türkiyədə davam etdirmək üçün bu addımı atıb. O, “Neftçi” ilə yanaşı, Yunanıstanın PAOK klubuna keçmək variantı ilə də razılaşmayıb. Türkiyənin “Ankaragücü” və “Konyaspor” klublarından təklif alan Nvanki Super Liqa təmsilçilərindən biri ilə anlaşmağı planlaşdırır.  
Qeyd edək ki, Simeon karyerası ərzində 385 oyunda 118 qol vurub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO