Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası öz işinə başladı

Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası öz işinə başladı

Hazırda oxunan: Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası öz işinə başladı

153837

ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 78-ci sessiyası öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, tədbirlər 19-25 sentyabr tarixlərində beynəlxalq vəziyyətə baxışlarını təqdim etmək və qlobal çağırışlarla mübarizə istiqamətlərini müəyyən etmək üçün dünyanın hər yerindən liderləri və xarici işlər nazirlərini bir araya gətirəcək yüksək səviyyəli həftədə yekunlaşacaq.

Sessiyanın açılışında Trinidad və Tobaqo Respublikasından olan diplomat Dennis Fransis and içərək, üzərinə düşən vəzifələri ədalətli və müstəqil şəkildə yerinə yetirəcəyinə söz verib.

Onun sözlərinə görə, kəskin geosiyasi parçalanmalar təhlükəli və qeyri-müəyyən yeni nüvə dövrünü açıb:

“Biz Baş Assambleyanın 78-ci sessiyasına ardıcıl çağırışlarla əhatə olunmuş mürəkkəb qlobal gündəmlə daxil oluruq. Mən 78-ci sessiyanın bu çağırışlara effektiv cavab verə bilməsi üçün dörd prioritet müəyyən etdim. Bu, sülh, firavanlıq, tərəqqi və davamlılıqdır”.

Yüksək səviyyəli həftəyə qədər Baş Assambleyanın iclasları gündəliyin təsdiqi və komitələrin formalaşdırılması kimi texniki məsələlərlə bağlı davam edəcək.

Yüksək səviyyəli həftənin özü ənənəvi olaraq Braziliya prezidenti Luis İnasio Lula da Silvanın çıxışı ilə açılacaqdır. Ondan sonra ABŞ prezidenti Co Bayden söz alacaq. Bayden bu il BMT Baş Assambleyasına qatılacaq “Böyük beşlik” liderlərindən yeganə olacaq. Rusiya, Böyük Britaniya, Çin və Fransa liderləri bu il Nyu-Yorka səfər etməyi planlaşdırmırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO