Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTO 

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTO 

Hazırda oxunan: Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTO 

153835

Sentyabrın 5-də Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.  

Şirvan-Salyan Regional Təhsil İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Neftçala, Hacıqabul, Salyan, Biləsuvar rayonları və Şirvan şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər.  

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək ötən tədris ilində təhsildə əldə olunan nailiyyətlər, sertifikatlaşdırma imtahanlarının əhəmiyyəti, yeni tikilən məktəblər, dərslik təminatı, şagird davranış qaydaları və digər layihələr barədə məlumat verib.  
Fərzəli Qədirov növbəti tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında rayon üzrə təhsildə əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edib.  

Daha sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ötən tədris ilinin nəticələrinə dair hesabatla çıxış edib.  

Tədbirdə təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023–2024-cü tədris ili üzrə əsas mesajlar müzakirə edilib.  

Konfrans çıxışlarla davam etdirilib.  


Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO