Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırdı

Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırdı

Hazırda oxunan: Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırdı

153786

Rəsmi İrəvan Viktor Biyaqovu Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırıb. Prezident Vaaqn Xaçaturyan bununla bağlı fərman imzalayıb. Qeyd olunur ki, digər fərmanla o, Niderlandda səfir, eləcə də ölkənin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanalalrında yer alıb.

Mənbə yazır ki, Ermənistanın bu addımı Rusiya ilə gərginliyin bariz nümunəsidir.

Xatırladaq ki, Viktor Biyaqov bu vəzifəyə 22 noyabr 2018-ci ildə Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın fərmanı ilə təyin edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO