BİZİM TƏQVİM: 6 sentyabr Lütfi Zadənin vəfat etdiyi gündür

BİZİM TƏQVİM: 6 sentyabr Lütfi Zadənin vəfat etdiyi gündür

Hazırda oxunan: BİZİM TƏQVİM: 6 sentyabr Lütfi Zadənin vəfat etdiyi gündür

153776

6 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə nümayəndə heyəti İstanbulda Osmanlı Sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyəti heyətinin ilk xarici səfəri idi. Görüşdə Cümhuriyyətə əlavə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub.

Bəs, sentyabrın 6-da dünyada daha hansı hadisələr baş verib?

1. 1852-ci ilin bu günündə İngiltərədə ilk pulsuz kitabxana açılıb.

2. 6 sentyabr 1873-cü ildə Rus İmperiyası Xivə xanlığını işğal edib.

3. 6 sentyabr 1901-ci ildə Buffalo şəhərində (Nyu-York ştatı) keçirilən Panamerika sərgisinin açılışında iştirak edən ABŞ-ın Prezidenti Vilyam Mak-Kinliyə sui-qəsd olub. Anarxist qruplaşma üzvü Leon Çolqoş açdığı atəşlə onu ölümcül yaralayıb. V.Mak-Kinli 8 gün sonra vəfat etdi.
4. 6 sentyabr 1936-cı ildə  SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə “SSRİ Xalq artisti” adı təsis olunub. Sovet İttifaqında mədəniyyət xadimlərinə verilən ən yüksək fəxri ad olub. Azərbaycandan bu ada ilk olaraq Üzeyir Hacıbəyli, Bülbül, Şövkət Məmmədova (1938) layiq görülüblər.

5. 1975-ci ilin 6 sentyabr günü Diyarbəkirin Licə qəsəbəsində baş verən  zəlzələdə 2 min 385 nəfər həyatını itirdi.  

6. 6 sentyabr 1980-ci ildə Sovet İttifaqı Cənubi Koreya hava yollarına məxsus sərnişin təyyarəsini düşürdü; 249 sərnişin həlak oldu.

7. 6 sentyabr 1986-cı ildə İstanbuldakı Neva Şalom sinaqoquna edilən terror hücumu nəticəsində 21 musəvi öldü, 4 nəfər isə yaralandı.

8. 1994-cü ilin bu günündə Azərbaycanla Qəmər adaları aarasında diplomatik əlaqələr qurulub

9. Azərbaycanın futbol üzrə milli komandası 28 il bundan qabaq, məhz bu gün Fransa millisinə biabırçı hesabla 0:10  uduzub.

Sentyabrın 6-da bu şəxsiyyətlər xatırlanır:

1. Osmanlı sultanı Süleyman Qanuni 6 sentyabr 1566-cı ildə dünyasını dəyişib.

2. Azərbaycan şairi və ədibyyatşünası Salman Mümtaz 6 sentyabr 1944-cü ildə sürgündəykən həyatını itirib.

3. Azərbaycan xanəndəsi Məcid Behbudov 1945-ci ilin 6 sentyabrında dünyasını dəyişib. Məcid Behbudov dünya şöhrətli müğənni Rəşid Behbudovun atasıdır.

4. 1998-ci ilin 6 sentyabr tarixində Yapon kinosunun ustalarından Akira Kurosava 88 yaşında Tokioda dünyasını dəyişdi.

5. 6 sentyabr 1928-ci ildə  rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.

6. 6 sentyabr 2007 – Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (12.10.1935 – 2007) vəfat edib.

7. Azərbaycan kapitanı, Milli Qəhrəman Eldar Tağızadə 6 sentyabr 1963-cü ildə anadan olub. 

8. Azərbaycan baş leytenantı, Milli Qəhrəman Rafiq Nəsrəddinov 6 sentybr 1992-ci ildə şəhidlik zirvəsinə yüksəlib. 

9. Azərbaycan riyaziyyatçısı, görkəmli alim Mirabbas Qasımov 6 sentyabr 2008-ci ildə dünyasını dəyişib.

10. Azərbaycanın böyük oğlu, dünya şöhrətli alim, qeyri-səlis məntiqi nəzəriyyəsinin müəllifi Lütfi Zadə 6 sentyabr 2017-ci ildə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO