Bu bölgənin dörd məktəbinin məzunlarından 100 faizlik NƏTİCƏ – FOTO  

Bu bölgənin dörd məktəbinin məzunlarından 100 faizlik NƏTİCƏ – FOTO  

Hazırda oxunan: Bu bölgənin dörd məktəbinin məzunlarından 100 faizlik NƏTİCƏ – FOTO  

153620

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki bir neçə məktəbin bütün məzunları ali məktəblərə qəbul olunub.

Bizim.Media-nın yerli bürosu Regional Təhsil İdarəsinə istinadən bildirir ki, onlar qəbul imtahanlarında yüz faizlik nəticə göstərərək tələbə adını qazanıblar. 

Qəbul imtahanlarında Şəki şəhər 8 nömrəli tam orta məktəbin XI d sinfinin və rayonunun Baş Şabalıd kənd tam orta məktəbin, Oğuz rayonunun Mollalı kənd tam orta məktəbin, eləcə də Qəbələnin Cığatelli məktəbini bitirən bütün məzunların hamısı yüksək uğur qazanaraq, seçdikləri ixtisaslar üzrə ali məktəblərə daxil olublar. 
Qeyd edək ki, adıçəkilən məktəblərin hər biri ilk dəfə belə yüksək nəticə ilə bölgə və respublikada yüksək nəticəyə imza atıb. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO