Bu gün 2-ci Liqaya START VERİLİB 

Bu gün 2-ci Liqaya START VERİLİB 

Hazırda oxunan: Bu gün 2-ci Liqaya START VERİLİB 

153616

Yeni yaradılan II Liqada yeni mövsümə bu gün start verilib.  

Bizim.Media xəbər verir ki, açılış matçı “ASK Arena”da “Füzuli” ilə “Cəbrayıl” arasında olub. 

Nominal meydan sahibi olan birincilər erkən qollarla hesabda irəli çıxsalar da, sonda meydanı məğlub tərk ediblər. Belə ki, 7 qolun vurulduğu görüşdə Cavid Hüseynovun komandası əzmkar qələbə qazanıb – 4:3. 
Xatırladaq ki, Qarabağın işğaldan azad olunmuş rayonlarının eyniadlı təmsilçiləri bunadək Region Liqasında çıxış edib. “Cəbrayıl” məhz Cavid Hüseynovun rəhbərliyi altında bu turnirin qalibi də olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO